İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

30.12.2011

“Xam neftin topdansatış qiymətinin və nəql tarifinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 dekabr 2009-cu il tarixli 6 nömrəli Qərarına dəyişiklik edilməsi barədə

QƏRAR № 11

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

Q Ə R A R №11

Bakı şəhəri,                                     30 dekabr 2011-ci il

 “Xam neftin topdansatış qiymətinin və nəql tarifinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 dekabr 2009-cu il tarixli 6 nömrəli Qərarına dəyişiklik edilməsi barədə 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müraciətinə və Tarif (qiymət) Şurasının 30 dekabr 2011-ci il tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR:
1. “Xam neftin topdansatış qiymətinin və nəql tarifinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 dekabr 2009-cu il tarixli 6 nömrəli Qərarının cədvəl hissəsinin ikinci bəndinin 3-cü sütununda “2,6” rəqəmi “6,0” rəqəmi ilə əvəz edilsin.
2. Bu qərar 01 yanvar 2012-ci il tarixindən qüvvəyə minir.
 
 
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                                   Şahin Mustafayev

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası