QƏRARLAR

30.12.2009

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2007-ci il 02 fevral tarixli 08 nömrəli “Təbii qazın topdansatış, emal və nəql tariflərinin tənzimlənməsi barədə” qərarına əlavə və dəyişikliklər edilməsi barədə

QƏRAR № 10

          Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi” Qaydaları”na, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müraciətinə və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2009-cu il 30 dekabr tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR:

1. “Təbii qazın topdansatış, emal və nəql tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2007-ci il 02 fevral tarixli 08 nömrəli qərarının 1-ci bəndinin cədvəl hissəsindən sonra aşağıdakı məzmunda qeyd əlavə edilsin:
         “Qeyd: Təbii qazın topdansatış qiymətinə mədən vergisi daxil edilmişdir”.

2. Təsdiq olunmuş qərar 2010-cu il 01 yanvar tarixindən qüvvəyə minir.



Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                                                                            Şahin Mustafayev


© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası