İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

15.09.2023

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 31 iyul 2023-cü il tarixli 6 nömrəli “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə” Qərarında dəyişiklik edilməsi barədə

QƏRAR № 7

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR № 7

Bakı şəhəri, 15 sentyabr 2023-cü il


Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 31 iyul 2023-cü il tarixli 6 nömrəli
“Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə”
Qərarında dəyişiklik edilməsi barədə

 
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun tətbiqi və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 avqust tarixli 2298 nömrəli Fərmanının 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 31 iyul 2023-cü il tarixli 6 nömrəli “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə” Qərarında aşağıdakı dəyişikliklər edilsin (əlavə olunur ):

1.1. Qərarın 1-ci bəndində “qiymətləri” sözü “qiymətlərinin yuxarı həddi” sözləri ilə əvəz edilsin;

1.2. Qərarın 2-ci bəndində “qiymətlərini” sözü “qiymətlərinin yuxarı həddini” sözləri ilə əvəz edilsin.

2. Bu Qərar 2023-cü il 15 sentyabr tarixindən qüvvəyə minir.

 
Azərbaycan Respublikası

Tarif (qiymət) Şurasının sədri               Mikayıl Cabbarov 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası