İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

01.08.2014

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının bəzi qərarlarının ləğv edilməsi barədə

QƏRAR № 2

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR №2

Bakı şəhəri, 1 avqust 2014-cü il

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının bəzi qərarlarının ləğv edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının aşağıdakı qərarları ləğv edilsin:
1.1. “Bəzi neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 5 yanvar 2006-cı il tarixli 1 nömrəli Qərarı;
1.2. “Şəhərdaxili sərnişin daşıma xidmətinin qiymətlərinə baxılması barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 3 fevral 2006-cı il tarixli 2 nömrəli Qərarı;
1.3. “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin AzStateNet Dövlət İnternet və xüsusi rabitə xidmətlərinin tarifləri barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 12 aprel 2006-cı il tarixli 4 nömrəli Qərarı;
1.4. “Avtomobil nəqliyyatı ilə (taksi istisna olmaqla) Bakı şəhərində şəhərdaxili və şəhərətrafı, həmçinin Bakı-Sumqayıt (Sumqayıt-Bakı) marşrutu üzrə sərnişindaşıma xidmətinin qiymətlərinə baxılması barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 28 sentyabr 2006-cı il tarixli 14 nömrəli Qərarı; 
1.5. “Azərsu” Səhmdar Cəmiyyətinin sayğac quraşdırılmayan istehlakçılar üçün təsdiq olunmuş normanın 2007-ci il dekabr ayının 31-i tarixinə qədər qüvvədə ilə əvəz edilməsi ilə bağlı müraciəti barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 28 sentyabr 2006-cı il tarixli 16 nömrəli Qərarı;
1.6. “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin “AzStateNet” Dövlət İnternet və xüsusi rabitə xidmətlərinin tarifləri barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2006-cı il 12 aprel tarixli 04 nömrəli qərarına əlavə və dəyişikliklərin edilməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 4 sentyabr 2007-ci il tarixli 22 nömrəli Qərarı;
1.7. “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin “AzStateNet” Dövlət İnternet və xüsusi rabitə xidmətlərinin tarifləri barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 04 sentyabr tarixli 22 nömrəli qərarına dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 iyun 2009-cu il tarixli 2 nömrəli Qərarı;
1.8. “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin “AzStateNet” optik şəbəkəsinə qoşulma (aylıq istifadə) tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 dekabr 2009-cu il tarixli 8 nömrəli Qərarı.
2. Bu qərar 4 avqust 2014-cü il tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                                   Şahin Mustafayev

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası