Kişinyovda Qara dəniz regionunda tənzimləmə məsələləri üzrə seminar keçirilmişdir

14.05.2010

    Moldovanın paytaxtı Kişinyov şəhərində bu ölkənin Enerji Tənzimlənməsi üzrə Milli Agentliyinin təşkilatçılığı, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə Qara dəniz regionunda tənzimləmə məsələləri üzrə seminar keçirilmişdir.

Tədbirin keçirilməsində məqsəd Qara dəniz regionu ölkələrində tənzimləmə sahəsində fikir mübadiləsi aparmaq olmuşdur. 
Seminarda ölkəmizi Tarif (qiymət) Şurası Katibliyinin əməkdaşları təmsil etmişlər. 
Tədbirdə Tarif (qiymət) Şurası Katibliyinin əməkdaşı Emin Şıxəliyev “Tənzimləmə sahəsində cari məsələlər” mövzusunda məruzə ilə çıxış edərək, Azərbaycanda elektrik enerjisi tariflərinin tənzimlənməsi barədə məlumat vermiş və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.


© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası