Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibi E.Əsədov “Qafqaz Ekoloji İnfrastruktur/Yaşıl Enerjiyə İnvestisiya və Maliyyə Sammiti 2009” adlı tədbirdə iştirak etmişdir.

14.09.2009

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibi E.Əsədov Avropa Birliyinin Şərq Tərəfdaşlığı prosesi çərçivəsində 2009-cu il 8-9 sentyabr tarixlərində Gürcüstanın Tiflis şəhərində “Qafqaz Ekoloji İnfrastruktur/Yaşıl Enerjiyə İnvestisiya və Maliyyə Sammiti 2009” adlı tədbirdə iştirak etmişdir.

   Tədbirdə  Gürcüstan, ABŞ, Böyük Britaniya, Türkiyə, Fransa, Yunanıstan, İtaliya, Avstriya, Rusiya, Danimarka,  Almaniya və s. 20-yə yaxın ölkədən 80-nə yaxın nümayəndə iştirak etmişdir.
   Sammitdə ənənəvi enerji və bərpa olunan enerji, rabitə, limanlar, dəmir yolları, hava nəqliyyatı və s. sahələrin tənzimlənməsi məsələləri müzakirə olunmuşdur.
   Eyni zamanda aşağıdakı mövzulara dair çıxışlar olmuşdur.
- Aparıcı infrastruktur sahələrinə investisiya qoyuluşları;
- Enerji infrastrukturunun təkmilləşdirilməsi;
- Bərpa oluna bilən enerji sektorunun inkişaf etdirilməsi və yayılması;
- Regional inteqrasiya və bazarın tənzimlənməsi.
    Sammitdə Tarif (qiymət) Şurasının Katibi Elşən Əsədov “Enerji sektorunun tənzimlənməsi, bərpa olunan enerji üzrə mövcud vəziyyət və perspektivlər” mövzusunda çıxış etmişdir.

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası