İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Türkiyənin Antalya şəhərində investisiya və tənzimləmə üzrə konfrans keçiriləcək

20.07.2018

2018-ci ilin 9-10 oktyabr tarixlərində Türkiyənin Antalya şəhərində Türkiyənin Enerji Bazarı Tənzimləmə Qurumunun (EMRA) ev sahibliyi və 9-cu Türk Enerji sammiti ilə birgə Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) İnvestisiyalar və Enerji Tənzimlənməsi üzrə 17-ci illik Konfransı keçiriləcəkdir.

Konfransın gündəliyinə Türkiyə enerji sektorunun hazırkı durumu, tələb dinamikasının təkmilləşdirilməsində tənzimləyici orqanın rolu, qaz siyasətində inkişaf edən istiqamətlər - regional və qlobal bazarların perspektivləri və bazar iqtisadiyyatı şəraitində təchizat təhlükəsizliyinin artırılması kimi əsas mövzular daxildir.
 
  

Konfrans barədə ətraflı məlumat: 
 
 
 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası