|
|
 |
XƏBƏRLƏR
30.08.2010
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə ELAN EDİR
Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Tarif (qiymət) Şurasının Katibliyinin dövlət qulluqçuları iştirak edə bilərlər. Ətraflı məlumat üçün saytın vakansiyalar bölməsinə baxa bilərsiniz.
ətraflı
14.05.2010
Kişinyovda Qara dəniz regionunda tənzimləmə məsələləri üzrə seminar keçirilmişdir
Moldovanın paytaxtı Kişinyov şəhərində bu ölkənin Enerji Tənzimlənməsi üzrə Milli Agentliyinin təşkilatçılığı, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə Qara dəniz regionunda tənzimləmə məsələləri üzrə seminar keçirilmişdir.
ətraflı
26.04.2010
Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının tədbirləri keçirilmişdir
19-22 aprel tarixlərində Macarıstanın Budapeşt şəhərində Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının Ümumi Yığıncağı, İdarə Heyətinin iclası və Energetikanın tənzimlənməsi və İnvestisiyalar üzrə 9-cu Konfrans keçirilmişdir. Tədbirlərdə 24 tam, 2 assosiativ və 4 afiliativ olmaqla 30 ölkənin müxtəlif qurumlarının nümayəndələri iştirak etmişdir. Tədbirlərdə ölkəmizi Tarif (qiymət) Şurasının katibi Elşən Əsədov təmsil etmişdir.
ətraflı
30.12.2009
Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir
2009-cu il 30 dekabr tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir. İclasda aidiyyəti qurumların müraciəti əsasında xam neftin topdansatış qiyməti və nəqli tarifinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin “AzStateNet” optik şəbəkəsinə qoşulma (aylıq istifadə) tariflərinin və Səhiyyə Nazirliyi tərəfindən obliqat qruplara verilən tibbi müayinə kartının qiymətinin tənzimlənməsi məsələlərinə baxılmışdır.
ətraflı
30.09.2009
AZƏRBAYCAN RESPUBLİKASI TARİF (qiymət) ŞURASININ NÖVBƏTİ İCLASI OLMUŞDUR
2009-cu il 30 sentyabr tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir. Tarif (qiymət) Şurasının iclasında Bakı Metropoliteninin sərnişindaşıma xidmətinin tarifinə yenidən baxılmasına dair müraciəti müzakirə olunmuş və qərar qəbul edilmişdir.
ətraflı
14.09.2009
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibi E.Əsədov “Qafqaz Ekoloji İnfrastruktur/Yaşıl Enerjiyə İnvestisiya və Maliyyə Sammiti 2009” adlı tədbirdə iştirak etmişdir.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibi E.Əsədov Avropa Birliyinin Şərq Tərəfdaşlığı prosesi çərçivəsində 2009-cu il 8-9 sentyabr tarixlərində Gürcüstanın Tiflis şəhərində “Qafqaz Ekoloji İnfrastruktur/Yaşıl Enerjiyə İnvestisiya və Maliyyə Sammiti 2009” adlı tədbirdə iştirak etmişdir.
ətraflı
|