Azərbaycan Respublikası Prezidentinin
2005-ci il «26» «dekabr» tarixli
«341» nömrəli Fərmanı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında
Ə S A S N A M Ə
I. ÜMUMI MÜDDƏALAR
1.1. Azərbaycan Respublikası Tarif (qiymət) Şurası (bundan sonra-Şura) dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların (bundan sonra-qiymət) dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanıdır.
1.2. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitutsiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
1.3. Şura öz fəaliyyətini mərkəzi və yerli icra hakimiyyəti orqanları, təsərrüfat subyektləri, yerli özünüidarəetmə orqanları, habelə ictimai təşkilatlarla əlaqəli həyata keçirir.
II. ŞURANIN VƏZIFƏLƏRI
2.1. Şuranın əsas vəzifələri aşağıdakılardan ibarətdir:
2.1.1. Azərbaycan Respublikasında qüvvədə olan qanunverisilik aktlarına uyğun olaraq dövlət tənzimlənməsinə aid edilmiş qiymətlərin tənzimlənməsinin həyata keçirilməsinin təmin etmək;
2.1.2.qiymətlərin tənzimlənməsi (tənzimlənmə üsulunun seçilməsi, təkliflərə baxılması, müzakirəsi, layihələrin hazırlanması, təsdiqi, tətbiqi, dəyişdirilməsi və s.) üzrə müvaifq sənədlər qəbul etmək;
2.1.3.qiymətlərin dövlət tənzimlənməsinin qanunvericilik və normativ hüquqi bazasının təkmilləşdirilməsi, qiymətlərin və tariflərin formalaşması, onların tətbiq olunmasına dövlət nəzarətinin gücləndirilməsi üzrə təkliflər vermək;
2.1.4. qüvvədə olan qanunvericiliyin pozulması yolu ilə təyin edilmiş qiymətlərin tətbiqinin dayandırılması haqqında qərar qəbul emək, bu barədə jərimə və sanksiyaların tətbiq edilməsi barədə təkliflər vermək;
2.1.5. tənzimlənən qiymətlərə əsaslı təsir göstərən xərclərlərin azaldılmasına dair təkliflər vermək;
2.1.6. tənzimlənən qiymətlər barədə şərh vermək və digər tədbirlər həyata keçirmək;
2.1.7. qiymətləri dövlət tənzimlənməsinə aid edilmiş inhisarçı subyektlərinin məhsullarının (iş və xidmətlərinin) siyahısına əlavə və dəyişikliklər edilməsinə dair aidiyyəti orqanlara təkliflər vermək;
2.1.8. ayrı-ayrı istehlakçı qruplar, müəssisə və təşkilatlara, investorlar üçün qiymətlər üzrə güzəştlərin verilməsinə, habelə limit və normaların müəyyənləşdirilməsinə dair təkliflər hazırlamaq;
2.1.9. qiymətlərin dövlət tənzimlənməsi üzrə həyata keçirilən işlər barədə kütləvi informasiya vasitələrinə tənzimləmənin zəruriliyi, məqsədi və mümkün nəticələri barədə düzgün məlumat vermək;
2.1.10. qiymət tənzimlənməsi məsələlərində Azərbaycan Respublikasını beynəlxalq və regional təşkilatlarda, elmi-praktiki konfranslarda, seminarlarda təmsil etmək.
2.1.11. qanunvericiliyə uyğun olaraq digər vəzifələri həyata keçirmək.
III. Şuranın hüquqları
3.1. Şura öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
3.1.1. təsdiq olunmuş iş planına uyğun müəyyən olunmuş qaydada dövlət orqanlarından, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə və təşkilatlardan Şuranın səlahiyyətlərinə aid olan məsələlərlə bağlı zəruri sənədlər və məlumatlar almaq;
3.1.2. Şurada baxılan məsələlərlə bağlı Şuranın və Şuranın Katibliyinin iclaslarına ekspert və məsləhətçilər cəlb etmək və digər tədbirlər həyata keçirmək;
3.1.3. Şuranın qərarlarının yerinə yetirilməsinin monitorinqini aparmaq və mənfi halların aradan qaldırılması üzrə zəruri tədbirlər həyata keçirmək;
3.1.4. Şuranın qərarının dayandırılması, müddətinin uzadılması üzrə qərar qəbul etmək;
3.1.5. qiymətlərin iqtisadi cəhətdən əsaslılığını, səmərəliliyini, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığını müəyyənləşdirmək üçün araşdırmalar və təhlillər aparmaq;
3.1.6. Şuranın fəaliyyətinin səmərəliliyinin artırılması, çevik tənzimləmə tədbirlərinin həyata keçirilməsi üçün komissisya və işçi qrupları yaratmaq;
3.1.7. qanunvericiliyə uyğun olarqa digər hüquqları həyata keçirmək.
IV. Şuranın fəaliyyətinin təşkili
4. Şuranın sədri və üzvləri mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət olmaqla Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir.
4.2. Şuranın sədri aşağıdakı vəzifələri həyata keçirir:
4.2.1. Şuranın fəaliyyətinin cari və perspektiv istiqamətlərini müəyyənləşdirir, onun fəaliyyət proqramını təsdiq edir və həyata keçirir;
4.2.2. Şuranın fəaliyyəti ilə bağlı zəruri olan metodiki sənədləri, aktları, əmrləri, göstərişləri, məktubları və digər sənədləri imzalayır;
4.2.3. Şuranın fəaliyyəti ilə bağlı müvafiq işçi qrupları yaradır;
4.2.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər işləri həyata keçirir;
4.3. Şuranın üzvlərinin hüquq və vəzifələri aşağıdakılardır:
4.3.1. Şuranın iclaslarında və fəaliyyətində iştirak etmək;
4.3.2. Şuranın iclaslarının gündəliyi, eləcə də gündəliyə daxil edilmiş məsələlər barədə təkliflər vermək.
4.3.3. Şuranın fəaliyyəti ilə bağlı digər işlər görmək.
4.4. Şuranın cari fəaliyyətinin təşkili üçün Şuranın Katibliyi yaradılır.
4.5.Şuranın sədri Katibliyin strukturunu, fəaliyyətinə dair təlimatları təsdiq edir, onun rəhbərini vəzifəyə təyin və vəzifədən azad edir;
4.6. Şuranın Katibliyi:
4.6.1. müvafiq icra hakimiyyəti orqanlarının, müəssisə və təşkilatların mütəxəssislərindən və müstəqil ekspertlərdən ibarət olmaqla Katibliyin işçi qruplarını formalaşdırır;
4.6.2. işçi qruplarının üzvləri bu və ya digər səbəbdən (üzrlü hallar istisna olmaqla) işçi qrupunun yığıncaqlarında ardıcıl olaraq üç dəfədən artıq iştirak etmədikdə təmsil etdiyi orqan qarşısında həmin şəxsin əvəz edilməsi barədə məsələ qaldırılır;
4.6.3. Şuranın illik fəaliyyət planını, iclaslarının gündəliyini və baxılajaq məsələlərin layihələrini hazırlayır;
4.6.4. aidiyyəti dövlət orqanlarından, mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə və təşkilatlardan baxılan məsələlərlə bağlı məlumat, rəy və təkliflər alır;
4.6.5. Şuranın Katibliyi Azərbayjan Respublikasının dövlət gerbi və onun adı əks olunmuş möhürə, ştamplara, blanklara və bank hesablarına malikdir;
4.7. Katibliyin işçiləri dövlət qulluqçusu hesab edilirlər.
4.8. Katibliyə daxil olmuş layihə və təkliflərə baxılması, gündəliyə daxil edilməsi, qəbul edilmiş qərarların rəsmiləşdirilməsi qaydaları Şura tərəfindən təsdiq edilir.
4.9. Şuranın gündəliyinə daxil edilmiş sənədlər adi hallarda 5 gün, təcili olduqda isə 2 gün müddətdə Şura üzvlərinə təqdim olunur və Şuranın iclasında baxılır.
4.10. Şuranın iclasları aşağıdakı qaydada həyata keçirilir:
4.10.1. Şuranın iclasları onun üzvlərinin azı dörddə üçü iştirak etdikdə baş tutmuş sayılır;
4.10.2. Şuranın iclasları rübdə bir dəfədən az olmayaraq, zərurət yarandığı hallarda isə Şura üzvlərinin müraciətinə əsasən keçirilir;
4.10.3. Şuranın iclaslarında səsvermə açıq şəkildə keçirilir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda Şura sədri həlledici səsə malikdir;
4.10.4. Şuranın iclaslarında qəbul edilmiş qərarlar protokolla rəsmiləşdirilir, Şura sədri və üzvləri tərəfindən imzalanır.
4.10.5. Şuranın gündəliyinə daxil edilən məsələlər Şura tərəfindən təsdiq olunmuş iş planına əsasən aparılır;
4.10.6. Şuranın gündəliyinə daxil edilmiş məsələlər barədə Şuranın sədri, katibi və ya Şura üzvlərindən biri məlumat verir;
4.10.7. Şuranın hər bir iclasının reqlamenti, müzakirə olunacaq məsələlərdən asılı olaraq Şuranın sədri tərəfindən üzvlərin rəyi nəzərə alınmaqla müəyyənləşdirilir.
4.11. Şura iclaslarında malların (işlərin, xidmətlərin) qiymətləri (tarifləri) təsdiq olunur. Şura tərəfindən təsdiq edilmiş (və ya dəyişdirilmiş) qiymətlərin (tariflərin) qüvvəyə minməsi zəruri hallarda Azərbaycan Respublikasının müvafiq ilin dövlət büdjəsi haqqında qanununun müddəalarına uyğunlaşdırılır.
4.12. Şuranın iclaslarına dəvət olunan ekspert və məsləhətçilər yalnız təkliflər vermək və müvafiq məsələlərə rəy bildirmək hüququna malikdirlər.
4.13. Şuranın iclaslarında baxılan məsələlər barədə məlumat Şuranın sədri və ya onun razılığı ilə Katiblik tərəfindən kütləvi informasiya vasitələri və Şuranın internet saytı vasitəsi ilə yayılır.
4.14. Şuranın yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.










